AZ

“Borussiya Dortmund” Bellinqemi transfer edib

“Borussiya Dortmund” klubu Sunderland klubundan yarımmüdafiəçi Cob Bellinqem transferini rəsmiləşdirib. Alman təmsilçisi 19 yaşlı ingilis futbolçu üçün 30.5 milyon avro ödəyib.

Yenisabah.az xəbər verir ki, Bellinqemin daha öncə “Mançester Yunayted”ə keçidi gündəmdə idi. Lakin “qırmızı şeytanlar” son dəqiqə transferdən imtina edib.

Qeyd edək ki, Cob Bellinqem məşhur futbolçu Cud Bellinqemin qardaşıdır.


Telegram kanalımız
Seçilən
70
yenisabah.az

1Mənbələr