18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Belarusiyanın paytaxtı Minskə yola düşüb.
Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Evren Alkayanın baş məşqçisi olduğu kollektiv burada təlim-məşq toplanışı keçəcək.
Komanda toplanışda taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcək. Hazırlıq prosesinə 19 iyunda yekun vurulacaq.
Qeyd edək ki, Minsk təlim-məşq toplanışında əsas məqsəd 4-13 iyul aralığında Litavın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatı B divizionunun oyunlarına hazırlaşmaqdır.