Şəmkirdə yol qəzası olub, qadın sürücü ölüb.
NOCOMMENT.az–ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı qadın sürücü hadisə yerində ölüb, sərnişin olan azyaşlı oğlan isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.\\“Unikal”