Bakı. Trend:
İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkətedir.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faizdəhlizinin parametrləri haqqında qərarında bildirilib.
Qeyd olunub ki, 2025-ci ilin aprelində 12 aylıq inflyasiya 6.3%,aylıq inflyasiya isə 0.3% təşkil edib. İllik qiymət artımı ərzaqmalları və xidmətlər üzrə 7.6%, qeyri-ərzaq malları üzrə isə 2.7%təşkil edib. İllik baza inflyasiya isə 4.8% olub.
"Son aylarda inflyasiyaya təsir edən xarici amillər üzrəqeyri-müəyyənliklər yüksək olaraq qalır. Beynəlxalq ValyutaFondunun məlumatına görə 2025-ci ilin aprelində əmtəə qiymətləriindeksi aylıq 1%, illik isə 4.6% azalıb. Ticarət tərəfdaşlarınınorta çəkili illik inflyasiyası cari ilin aprelində ötən ilin eyniayına nəzərən 9.6% olub. Manatın qeyri-neft-qaz sektoru üzrənominal effektiv məzənnəsi 2025-ci ilin may ayında ötən ilin eyniayı ilə müqayisədə sabit qalıb", - məlumatda vurğulanıb.