AZ

“Macarıstan çox səviyyəli komandadır” – Emin Mahmudov

“Macarıstan çox səviyyəli komandadır. Oyunumuz bəzən alınmırdı. Əks-hücumlarda daha yaxşı oynamaq istəyirdik.  Epizodlarımız var idi. Amma vura bilmədik. Macarlar bizdən daha yaxşı oynadılar və qələbəyə layiq idilər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov Macarıstan görüşü (1:2) sonrası deyib. O, daha sonra iki komand aarasındakı səviyyə fərqindən bəhs edib:

“Təəssüf ki, bizdə Soboslai kimi futbolçu yoxdur. O, yerindən 50 metrdən ötürmə verə bilir. Ona görə də çətin idi. İşləmək lazımdır. Amma yenə də epizodlarımız oldu. Heç-heçəni qazana da bilərdik. Başa düşürük ki, azarkeşlərimiz də qələbə gözləyir. Təəssüf ki, belə alınır. Gələcəkdə daha yaxşı olacağına inanıram”.

Seçilən
48
1
idmanxeber.az

2Mənbələr