AZ

Azərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açacaq - nazir müavini


Azərbaycan və Özbəkistan gələn həftə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsini planlaşdırıb. Bu barədə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Azərbaycan – Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru" panel sessiyasında bildirib.

Onun sözlərinə görə, Hökumətlərarası Komissiya böyük əhəmiyyət kəsb edir, çünki ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verən bir alətdir. "Əməkdaşlığımız üçün əlavə institusional mexanizm kimi biz Özbəkistanda ticarət nümayəndəliyi yaradacağıq. Bu, Azərbaycanın dünya üzrə altıncı ticarət nümayəndəliyi olacaq və əlavə impuls verəcək", - E.Əliyev bildirib.

Mətləb

Seçilən
37
14
baki-xeber.com

10Mənbələr