Ajans.az xəbər verir ki, bu barədə Darçiyev jurnalistlərlə söhbətində danışıb. “Geri qaytarılması ilə bağlı danışıqlar prosesinə start verilib... Amerika tərəfinə real vaxtları olan "yol xəritəsi" verilib”, - Aleksandr Darçiyev TASS-a müsahibəsində bildirib. Səfir əlavə edib ki, yol xəritəsində dəymiş ziyanın yoxlanılması və qiymətləndirilməsi üçün obyektlərə girişin təmin edilməsi tələbi də var. 2016-cı ildə ABŞ prezidenti Barak Obamanın administrasiyası rus diplomatlarının Nyu-York və Merilend ştatlarında Rusiya diplomatik missiyasının əməkdaşları üçün istirahət evi kimi istifadə edilən iki ölkə iqamətgahını bağlayıb. 2017-ci ildə Donald Trampın ilk prezidentlik müddətinin başlamasından sonra ABŞ-də Rusiyanın San-Fransisko, Sietl və Nyu-Yorkdakı konsulluqları, habelə ticarət nümayəndəlikləri bağlanıb. Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri Rusiya və ABŞ hakimiyyəti ikitərəfli münasibətləri normallaşdırmaq üçün iki görüş keçirib. Aprelin 10- da baş tutan ikinci danışıqlardan sonra tərəflər müsadirə edilmiş Rusiya diplomatik əmlakına dair yol xəritəsinin hazırlanması və diplomatların səyahət rejiminin sadələşdirilməsi barədə razılığa gəliblər.