AZ

Anar Cəbrayıllı yeni vəzifəyə TƏYİN OLUNDU - FOTO

Tanınmış jurnalist Anar Cəbrayıllıya yeni vəzifə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Elnur Niftəliyev paylaşım edib.

A.Cəbrayıllı İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinə rəis təyin olunub.

O, bu vəzifədə Namiq Mayılovu əvəz edib. N.Mayılov isə “Report” informasiya agentliyinə baş redaktor təyin olunub.

Qeyd edək ki, A.Cəbrayıllı daha əvvəl “Azərsu” ASC-nin mətbuat katibi vəzifəsində çalışıb.



Bizim.Media

Seçilən
70
11
bizim.media

10Mənbələr