Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini azalda biləcəyini açıqlayıb.
"APA-Economics" xəbər verir ki, bu barədə AMB-nin pul siyasəti qərarı ilə bağlı açıqlamasında bildirilib. Qeyd edilib ki, ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər.
Qeyd edək ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar bu il iyul ayının 23-də veriləcək.