Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.
Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri İngiltərə və Seneqal yığmaları arasında baş tutub.
İngilislər bu görüşdə 3 qola üzülüblər. Türkiyə millisi də Meksika yığması ilə oyunda tək qolla uduzub.
Rusiya yığması Belarusla görüşdə darmadağına imza atıb. ABŞ yığması isə İsveçrə ilə görüşdə 4 cavabsız qola üzülüb. İsveçrəlilər bütün qolları matçın ilk 36 dəqiqəsində vurublar. Bununla da argentinalı mütəxəssis Mauritsio Poçettinonun rəhbərliyi altında ABŞ yığması ardıcıl dördüncü məğlubiyyətini alıb.
Yoxlama oyunu
10 iyun
Ekvatorial Qvineya – Kamerun 1:1
Mərakeş – Benin 1:0
Burundi – Mavritaniya 0:0
Niger – Zimbabve 1:1
Sloveniya – Bosniya və Herseqovina 2:1
Belarus – Rusiya 1:4
Danimarka – Litva 5:0
Keniya – Çad 2:1
İsveç – Əlcəzair 4:3
Cənubi Afrika Respublikası – Mozambik 2:0
İngiltərə – Seneqal 1:3
Yunanıstan – Bolqarıstan 4:0
İsrail – Slovakiya 1:0
Lüksemburq – İrlandiya 0:0
Şimali İrlandiya – İslandiya 1:0
Yeni Zelandiya – Ukrayna 1:2
ABŞ – İsveçrə 0:4
Kanada – Fil Dişi Sahili 0:0 (penaltilər 4:5)
Meksika – Türkiyə 1:0