AZ

Anar Cəbrayıllıya yeni vəzifə verildi

İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinə yeni rəis təyin olunub.

Far.Az report-a istinadən xəbər verir ki, bu vəzifə Anar Cəbrayıllıya həvalə edilib.

O bu vəzifədə "Report" İnformasiya Agentliyinin baş redaktoru vəzifəsinə təyinat almış həmkarı Namiq Mailovu əvəz edib.

Xatırladaq ki, Anar Cəbrayıllı uzun illər ləğv edilmiş "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub.

Seçilən
57
18
far.az

10Mənbələr