AZ

STM yeni CG-78 sahil mühafizə gəmisini ilk dəfə İndoneziyada təqdim edir

Türkiyənin STM şirkəti İndoneziyanın paytaxtı Cakartada keçirilən və Cənub-Şərqi Asiyanın mühüm müdafiə sərgilərindən biri olan “INDO Defence-2025” sərgisində iştirak edir.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, iyunun 14-nə qədər davam edəcək sərgidə şirkət hərbi dəniz platformalarını və taktiki mini PUA sistemlərini təqdim edir.

Türkiyə Hərbi Dəniz Qüvvələri başda olmaqla, Ukrayna, Pakistan, Portuqaliya və Malayziya Hərbi Dəniz Qüvvələri üçün suüstü və sualtı platformalar inşa edən STM, altı müxtəlif dəniz layihəsini İndoneziyada sərgiləyir. Milli imkanlarla hazırlanan və dəniz sınaqları uğurla davam edən, Türkiyənin milli insansız avtonom sualtı vasitəsi STM NETA, Türkiyənin xüsusi əməliyyatlar və hücum məqsədli ilk milli sualtı qayığı dizaynı olan STM500 sərgidə təqdim edilən məhsullar arasında yer alır.

Bunlardan əlavə, Türkiyənin Asiya-Sakit okean regionuna reallaşdırdığı ilk və yeganə korvet ixracı olan Malayziya korveti (LMS Batch-2), Türkiyənin milli freqat layihəsi olan “İstif” sinifi (TCG İSTANBUL), “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi” (PNFT) və STM MPAC hücum kateri də “INDO Defence-2025”də nümayiş olunur.

Sahil mühafizəsi gəmiləri üzərində dizayn işlərinə imza atan STM, bu sərgidə CG-78 adını verdiyi sahil mühafizə gəmisini də ilk dəfə təqdim edir.

Taktiki mini pilotsuz uçuş aparatları sahəsində Türkiyə və dünyada qabaqcıl sistemlər inkişaf etdirən STM, üç fərqli qitədə 10-dan çox ölkəyə ixrac edilən Türkiyənin ilk milli zərbə PUA-sı KARGU-nu piyada əleyhinə və zireh dələn döyüş başlıqları ilə ziyarətçilərə nümayiş etdirir. Həmçinin Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən, terrorla mübarizədə fəal istifadə olunan və ixracat uğuru əldə edən TOGAN müşahidə-kəşfiyyat PUA-sı və sursat buraxan BOYGA PUA-sı da İndoneziyada sərgilənir.

Seçilən
6
poliqon.az

1Mənbələr