AZ

PAŞA Bankın mətbuat konfransı keçirilib

“Four Seasons” mehmanxanasında PAŞA Bankın 2024-cü il üzrə maliyyənəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. PAŞA Bankın marketinq direktoru Zara İbrahimzadə tədbir iştirakçılarınısalamlamış və mətbuat konfransını açıq elan etmişdir.

PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev 2024-cü ilin yekunları haqqında “ İllik nəticələr və strateji baxış “ mövzusundaməruzə etmişdir.

Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov 2024-cü il üzrə maliyyə nəticələri, Bankın İdarə Heyətinin üzvü, baş risk inzibatçısı Pərvin Əhədzadə institusional bankçılıq və strateji risk, Bankın marketinqdepartamentinin direktoru Zara İbrahimzadə korporotiv sosial məsuliyyət barədə çıxışlar etmişlər

Qeyd olunmuşdur ki, 2024-cü ildə Bankın əsas göstəriciləriüzrə: müştərilərə verilmiş kreditlərin həcminə 18, 2 faiz, faiz gəlirinə 5,5 faiz, müştəri köçürmələrinə ( dövriyyə) 15,8 faiz, məcmu kapitalın adekvatlıq əmsalına 5,5 faiz, fərdi sahibkarlara verilmiş kreditlərə 28,5 faiz, hüquqi şəxslərə verlmiş kreditlərə 15,3 faiz artıqlaması ilə əməl edilmişdir. Bankın kredit portfelinin həcmi 3 milyard manatı keçmiş, ümumi göstərici üzrə artım 18 faiz olmuşdur.

2024-cü ilinilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistləri maraqlandıran suallara ətraflı cavablar verilmişdir.

Afət Məmmədov

Seçilən
45
sia.az

1Mənbələr