AZ

Bələdiyyə sədrinə 11 il cəza istənilir

Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Publika.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Fikrət Quliyevin 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil çıxış edərək məhkəmədən Fikrət Quliyevə bəraət verilməsini xahiş edib.

Növbəti proses iyunun 25-nə təyin edilib.

Seçilən
12
3
publika.az

10Mənbələr