Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında oksigen balonu yanıb.
"Unikal" xəbər verir ki, bu səbəbdən xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı xəstəxanaya köçürülür.
İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə artıq təxliyə olunub.
Qeyd edək ki, Abbas Səhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.