Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhət adına 1 saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemələrə yol açıb.
KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülürlər.
İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə təxliyə olunub.
Hazırda Abbas Səhət adına Xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.