AZ

Kiyev Rusiyaya ağrılı yeni zərbələr vəd edir - VİDEO

AzVision.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) bəyanatında belə deyilir. Xidmətin yayımladığı kadrlarda Ukrayna Silahlı qüvvələrinin dronlarının Rusiya təyyarəsini vura bildiyi xüsusi əməliyyatın xronologiyası əks olunub.

Məlumatda bu plana birbaşa UTX-nin sədri Vasili Malyukun rəhbərlik etdiyi və xüsusi əməliyyata hazırlığın maksimum məxfilik şəraitində aparıldığı vurğulanır.

- UTX müharibə qanunlarına və adətlərinə uyğun olaraq, tamamilə qanuni hədəflər - Ukrayna şəhərlərinin bombalanmasında iştirak edən hərbi aerodromlar və Rusiya təyyarələri üzrə iş aparıb”,- Malyuk deyib.

“Hörümçək toru” təkrarlana bilər- VİDEO
Onun sözlərinə görə, Rusiyanı yeni sürprizlərlə təəccübləndirmək üçün, UTX heç də “Hörümçək toru” əməliyyatından az ağrılı olmayan plan üzərində işləyir.

Yeri gəlmişkən, Ukraynanın baş naziri Denis Şmıqal da bir müddət əvvəl verdiyi açıqlamada “Hörümçək toru” əməliyyatının təkrarən həyata keçirilə biləcəyini vurğulayıb.

Xatırladaq ki, iyunun 1-də Ukrayna “Hörümçək toru” adlı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə zərbələr endirib.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
19
1
azvision.az

2Mənbələr