Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.
AzEdu.az xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılova ölüb.
Onun övladı 2021-ci il təvəllüdlü Əli İsmayılov və sürücü, 2001-ci il təvəllüdlü Ş.Huseynova xəsarət alıb.
Məlumata görə, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləridir.