AZ

“Qarabağ” gerilədi, “Sabah”dan sıçrayış

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, 505 komandanın yer aldığı siyahıda Azərbaycandan 4 komanda – “Qarabağ”, “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” yer alıb.

Azərbaycan çempionu “Qarabağ” 5 pillə geriləyib və 144,75 xalla 119-cu sırada qərarlaşıb. 95,75 xalı olan “Zirə” bir pillə irəliləyərək 232-ci sıranı tutub.

Azərbaycan Kubokunu qazanaraq Avropa Liqasına vəsiqə əldə edən “Sabah” 76 xalla 317-cidir. “Bayquşlar” ötən siyahı ilə müqayisədə 50 pillə irəliləyib.

Tarixində ilk dəfə Konfrans Liqasında iştirak edəcək “Araz-Naxçıvan” isə 61,25 xalla 446-cı sırada qərarlaşıb. Komanda ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.

Siyahıya 470 xalla “Real” başçılıq edir.

Seçilən
55
15
futbolpress.az

10Mənbələr