Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Fizuli rayonu, Zobucuq qəsəbəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər bildirir ki, 4 ildir bütün aidiyyəti qurumlara müraciət etsələr də, qəsəbənin yollarına baxan yoxdur:
“Biz, sakinlər, yazaraq xahiş edirik ki, problemimizi işıqlandırasınız.
Videoda gördüyünüz yol Zobucuq qəsəbəsinin Kərimbəyli kəndindən başlayır. Alıxanlı kəndinə kimi uzanır, Zəfər yolu ilə birləşir. 4 ildir 15 dəqiqəlik yolu 50 dəqiqəyə gedirik. Səlahiyyətli qurumlara müraciətlərimiz olub, amma heç bir nəticə yoxdur.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Zobucuq qəsəbəsində ümumilikdə 2 000 ev var. Sakinlər bu yararsız yoldan istifadə edərkən çox əziyyət çəkirlər".
Sakinlərin redaksiyamıza göndərdiyi videonu olduğu kimi dərc edirik:
Jalə FAMİLQIZI
Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.