AZ

Ukrayna Rusiyanın ən böyük barıt zavodlarından birini vurdu...

İyunun 11-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiya Federasiyasının Tambov vilayətinin Kotovsk şəhərindəki Tambov barıt zavoduna hücum edib. Yerli sakinlər çoxsaylı partlayışların olduğunu bildiriblər.

Hurriyyet.az xəbər verir ki,  bu haqda Rusiya telegram-kanalları məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, Kotovsk üzərində səmada ən azı 15 partlayış səsi eşidilib. Şəhərdə hava hücumu sirenləri eşidilib.

Hazırda hadisə nəticəsində dəymiş ziyan və tələfatla bağlı rəsmi məlumat yoxdur.

Arayış:

Tambov barıt zavodu atıcı silahlar, artilleriya sistemləri, qumbaraatanlar, minaatanlar və tank mərmiləri üçün döyüş sursatı və barıt istehsalı üzrə ixtisaslaşan ən böyük müəssisələrdən biridir. Zavod həmçinin partlayıcı maddələrin komponentləri, xüsusilə nitroselüloz və koloksilin istehsal edir. Müəssisə 2023-cü ilin martından sanksiyalar altındadır.

Zavodun Ukrayna pilotsuz təyyarələri tərəfindən vurulması ilk dəfə deyil. Dronlar 2025-ci ilin yanvarında, 2024-cü ilin iyulunda və 2023-cü ilin noyabrında müəssisəyə zərbələr endirib.

Moderator.az

Seçilən
61
36
hurriyyet.az

10Mənbələr