
Beynəlxalq Tədbirlər və FəaliyyətlərŞirkət direktoru Miryusif Cavadzadə bildirib: “Dekabr 2024-May 2025 arası 7 beynəlxalq tədbir təşkil etmişik və əsas məqsədimiz tələbələr, valideynlər və universitetlər arasında birbaşa ünsiyyəti təşkil etmək, yerində qəbul həyata keçirmək və təqaüd imkanlarını artırmaqdır.” Bu tədbirlər, tələbələrin universitetlərlə birbaşa əlaqə quraraq təhsil imkanları barədə ətraflı məlumat almalarına şərait yaradır. Eyni zamanda, 2024-cü ilin oktyabr ayında Google For Education və Net24 təşkilatçılığı ilə Miryusif Cavadzadə, təhsil sahəsindəki ən mühüm məsələlərə toxunan bir spiker olaraq çıxış etmişdir.



Akademik Fəaliyyətlər və AkademiyaEDDE Global, yalnız tələbə qəbulunu deyil, həm də onların akademik hazırlığını da təmin edir. Şirkətin peşəkar akademiyası, tələbələrə SAT, TOEFL, IELTS, Duolingo kimi beynəlxalq imtahanlara hazırlıq, həmçinin ümumi dil biliklərini artırmaq üçün müasir tədris proqramları təqdim edir. Akademiyanın müasir dərs otaqları, dincəlmə və praktika otaqları, kino otaqları tələbələrin daha rahat və interaktiv şəkildə öyrənməsini təmin edir. Həmçinin, tələbələrə təhsil prosesində daha çox rahatlıq təmin etmək üçün notebook və qulaqlıqlar təqdim olunur.

İxtisas Seçimi və Məsləhət XidmətləriEDDE Global, tələbələrin doğru ixtisas seçimini etmələrinə dəstək vermək üçün Holland metodunu tətbiq edir. Bu metod, tələbələrin maraq və qabiliyyətlərinə əsaslanaraq ən uyğun ixtisasları seçmələrinə kömək edir. Şirkət, hər bir tələbənin gələcək karyerası üçün ən doğru qərarı verməsi məqsədini güdür. Nəticə olaraq, EDDE Global, beynəlxalq təhsil dünyasında tələbələrə ən yaxşı təhsil imkanları təqdim etmək, onlara təhsil seçimləri və qəbul proseslərində peşəkar dəstək olmaqla, Azərbaycan və dünyada təhsilin inkişafına mühüm töhfələr verir. Şirkət, gələcəkdə də beynəlxalq tədbirlərə qatılaraq, universitetlər və tələbələr arasında əlaqələri daha da gücləndirəcəyini və təhsil sahəsindəki liderliyini davam etdirəcəyini bildirir.
İxtisas Seçimi və Məsləhət Xidmətləriİsmail Çiftçi - İstinye Universiteti,
Beynəlxalq Əlaqələr Şöbəsinin Rəhbəri

İstinye Universiteti Uluslararası İlişkiler Daire Başkanı İsmail Çiftçi, EDDE Globalın Azərbaycan və Türkiyə arasında təhsil əlaqələrinin güclənməsindəki əhəmiyyətini vurğuladı. "Azerbaycan, zəngin tarixi və mədəniyyəti ilə Türkiyənin ən yaxın qardaş ölkələrindən biridir. EDDE Global, yalnız tələbələri universitetlərə yönləndirməkdən daha çox, onlarla məzuniyyətə qədər əlaqədə qalır və universitetlər ilə güclü münasibətlər qurur", deyə İsmail Çiftçi qeyd edib. Çiftçi, "Study in Turkey" layihəsinə verdiyi töhfələrə görə EDDE Global-ın komandasına təşəkkür edərək, bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, EDDE Global, Doktorantura pilləsi üzrə təhsildə İstinye Universiteti ilə eksklüziv anlaşmaya sahibdir və Azərbaycanlı tələbələrə özəl illik haqqı və imtiyazlarla təhsil imkanları təqdim edir.
Olha Zaborovets
Regional Manager for UK university programs, Oxford International Education Group

"Proqramlarımız müxtəlif ölkələrdən olan beynəlxalq tələbələr üçün açıqdır və biz Azərbaycanlı tələbələri də salamlamaqdan şərəf duyuruq. Oxford International-ın portfeli Azərbaycanda fəaliyyət göstərən etibarlı və sertifikatlı tərəfdaşımız – Edde Global tərəfindən peşəkar şəkildə təmsil olunur. Edde Global müxtəlif akademik hazırlığa malik tələbələrə dəstək verən sürətlə inkişaf edən təhsil şirkətidir. Edde Global ilə birlikdə Azərbaycanda bir çox tədbir təşkil etmişik və onlardan bəziləri bu ölkə üçün unikal xarakter daşıyıb: radio yayımları, podkast yazıları və Oxford International-ın tərəfdaş universitetlərini təqdim etmək məqsədilə tələbələr üçün genişmiqyaslı seminar. Bu tədbirlər Oxford International-ın profilini yerli tələbələrə tanıtmaqda və tədris etdiyimiz proqramları populyarlaşdırmaqda böyük rol oynayıb. Xaricdə (dünyanın hər yerində) təhsil almaqda maraqlısınızsa, əlavə dil hazırlığına və ya hər hansı fənn üzrə akademik hazırlığa ehtiyacınız varsa, növbəti təhsilinizlə bağlı addımlarda naviqasiya axtarırsınızsa və peşəkar rəhbərliyə ehtiyacınız varsa, Edde Global ilə əməkdaşlığı tövsiyə edirəm".
Nuket Tanol - Bahçeşehir Kipr Universiteti
Beynəlxalq əlaqələr şöbəsinin direktoru

BAU Kipr və EDDE Global arasındakı bu uğurlu əməkdaşlıq beynəlxalq təhsil sahəsində nümunədir. Etimad, dostluq və ortaq məqsədlərə əsaslanan bu tərəfdaşlığın gələcəkdə də bir çox uğura imza atması gözlənilir.