AZ

Gəncədə xəstəxanada problem yaranıb, xəstələr təxliyə edilib

Yazını böyüt
Yazını kiçilt

İyunun 11-də saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, hazırda bərpa işləri davam etdirilir.

 

Qeyd edilib ki, hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir.

Vurğulanıb ki, Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb.

Seçilən
27
6
hafta.az

9Mənbələr