AZ

Volodin: Alman silahları qarşıdurmanı artırır

BAKI, 11 iyun. TELEQRAF

Almaniyanın Ukraynaya hərbi texnika və silahlar ötürməsi, və ötürülən silahların mülki əhaliyə qarşı istifadəsi Moskva ilə Berlin arasında qarşıdurma üçün ciddi əsas yaradır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Almaniya Bundestaqının sədri Yuliya Klöknerə ünvanladığı rəsmi müraciətdə bildirib

Volodin qeyd edib ki, Berlin tərəfindən Ukraynaya “Leopard” tanklarının və digər silahların göndərilməsi bu, İkinci Dünya müharibəsindən sonra ilk dəfə Almaniya istehsalı olan texnikanın Rusiya ərazisində peyda olması deməkdir.

"Almaniya hökuməti Ukraynaya "Taurus" tipli uzaqmənzilli raketlərin verilməsini nəzərdən keçirir. Lakin bu silahlardan istifadə üçün Ukraynada hərbi səriştə yoxdur. Əgər bu raketlər tətbiq olunarsa, faktiki olaraq Rusiya hədəflərinə alman zabitləri tərəfindən atılmış olacaq", – o qeyd edib.

Dövlət Dumasının sədri vurğulayıb ki, Almaniya rəhbərliyi bu addımlarla ölkəni növbəti dəfə Rusiya ilə hərbi qarşıdurmaya sürükləyir:
"Alman xalqında belə bir qarşıdurma üçün mandat varmı?" – deyə o, Klöknerə müraciətində deyib.

Seçilən
25
teleqraf.com

1Mənbələr