“Keçən həftə ABŞ prezidenti Donald Tramp haqqında yazdığım bəzi yazılara təəssüflənirəm. Onlar həddən şox uzağa gediblər”,- İlon Mask yazıb.
İki gün əvvəl isə, sahibkar öz imicinə məhz öününən böyük zərbəni vurduğunu etiraf edib.
Xatırladaq ki, İlon Maskın paylaşımaları onunla Donald Trump arasında sosial mediada bu yaxınlarda ittiham mübadilələri , sahibkarın Ağ Evin iqtisadi siyasətini sərt şəkildə tənqid etməsi fonunda baş verib.
![]() |
İlon Mask Ağ Evdən gedir - VİDEO |
Bu ittihamın qarşılığında İlon Mask “X” sosial şəbəkəsində yazıb ki, Tramp onun dəstəyi olmadan prezident seçkilərində qalib gələ bilməzdi.
Bununla belə, Los-Acelesdə yaşanan hadisələrlə bağlı sahibkar ABŞ prezidenti Donald Trampın mövqeyini dəstəkləyib.
Maraqlıdır ki, yaşanan qalmaqal fonunda Rusiya Dövlət Dumasının sədr müavini Vladislav Davankov Maska siyasi sığınacaq və Rusiya vətəndaşlığı verilməsini təklif edib.
Sahil İsgəndərov
AzVision.az