AZ

Şəhər nəqliyyatında yeni mərhələ

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

"Drop-off" məntəqələri yalnız müvəqqəti minib-düşmə üçün nəzərdə tutulub

“Bu zonalarda parklanma halları nəzarətə götürülməli, müvafiq cərimə və xəbərdarlıq tədbirləri həyata keçirilməlidir”

Taksilərlə bağlı təkmilləşdirmə işləri davam edir. Taksilərin ən çox üzləşdiyi problemlərdən biri də sərnişinlərin avtomobilə minib-düşməsi ilə bağlıdır. Bəzi hallarda sərnişinlər taksinin elə yerlərdə dayanmasını tələb edir ki, orada ya saxlamaq qadağandır, ya da avtobus zolağı var. Artıq taksilərlə bağlı müəyyən duracaqlar yaradılması düşünülür.

Qeyd edək ki,  Bakı şəhərində nəqliyyat axınının səmərəliliyinin artırılması və yol təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar çərçivəsində “drop-off” (müvəqqəti minib-düşmə) məntəqələrinin yaradılması diqqət çəkir. Son belə yeniliklərdən biri Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində – “Gənclik Mall” ticarət mərkəzinin qarşısında tətbiq olunub. Yeni təşkil olunan ərazidə taksilərə 3 dəqiqəlik dayanma icazəsi verilir.

Onu da xatırladaq ki, bundan əvvəl Fətəli xan Xoyski küçəsindəki zolaqlar silinərək yenidən çəkilib və 3 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəzlənib.

AYNA-nın etdiyi digər dəyişikliklə ticarət mərkəzinin qarşısında avtobus zolağının bir hissəsində sarı tor işarəsi çəkilib.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında paytaxtda “drop off” məntəqələrinə çox ciddi ehtiyac olduğunu bldirib. Onun sözlərinə görə, Azərbaycanda hazırkı taksi sistemi müştərinin istədiyi yerdə dayanaraq taksi çağırması və konkret ünvan göstərməsi prinsipi ilə işləyir ki, bu da bir çox hallarda yollarda qəza və tıxac riskini artırır:

 “Müştəri yolda hər hansı bir yerdə taksini dayandırır, düşmək istədiyi nöqtəni sürücüyə göstərir. Belə hallarda sürücülər, bəzən yol hərəkəti qaydalarına zidd olaraq avtomobili gözlənilməz şəkildə saxlayırlar. Bu isə qəza riskini artırır və hərəkət axınında ləngimələrə səbəb olur”.

E.Cəfərov qeyd edib ki, müvəqqəti minib-düşmə məntəqələrinin təşkil olunması bu risklərin aradan qaldırılmasına xidmət edir. Bu məntəqələr həm taksi sürücülərinin, həm də sərnişinlərin işini asanlaşdırmaqla yanaşı, şəhərdəki nəqliyyat hərəkətinin daha çevik və təhlükəsiz təşkilinə imkan yaradır: “Onu da deyim ki, bu təcrübə ilk dəfə deyil. Daha əvvəl Tbilisi prospektində də oxşar “drop-off” məntəqələri yaradılıb və bu məntəqələrin praktiki səmərəsi müşahidə olunub.  Ümidvaram ki, bu cür zonaların sayı artacaq. Yaxşı olar ki, iri ticarət mərkəzlərinin qarşısında, metrostansiyalara yaxın ərazilərdə də belə məntəqələr yaradılsın. Biz bu istiqamətdə müvafiq qurumlara təkliflərimizi də təqdim etmişik”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

E.Cəfərov əlavə edib ki, “drop-off” məntəqələrinin nəqliyyat axınına da müsbət təsiri olacaq: “Əvvəllər taksilərin hərəkət halında, istənilən yerdə dayanması avtomobillərin sıxlığına və hərəkət ləngiməsinə səbəb olurdu. Yeni məntəqələr bu problemin qarşısını alaraq daha tənzimlənmiş və proqnozlaşdırılan hərəkət modelinə şərait yaradacaq.

Lakin mühüm bir məqama toxunmaq istəyirəm ki, bu məntəqələrdə fərdi avtomobillərin uzunmüddətli dayanmasına yol verilməməlidir. Uzunmüddətli taksi dayanacaqlarında tez-tez müşahidə edirik ki, fərdi avtomobillər orada saxlanılır. Bu, sistemin effektivliyinə ciddi zərər vurur. "Drop-off" məntəqələri yalnız müvəqqəti minib-düşmə üçün nəzərdə tutulub. Bu zonalarda parklanma halları nəzarətə götürülməli, müvafiq cərimə və xəbərdarlıq tədbirləri həyata keçirilməlidir. Əgər prosesə ciddi nəzarət edilsə, “drop-off” məntəqələri şəhər nəqliyyatında yeni mərhələnin başlanğıcı ola bilər. Onlar yalnız sərnişin rahatlığını deyil, eyni zamanda yol hərəkətində təhlükəsizlik və çevikliyi də təmin edir. Ancaq bu sistemin effektivliyi yalnız infrastrukturun yaradılması ilə deyil, eyni zamanda onun düzgün istifadəsi və nəzarətlə də bilavasitə bağlıdır. Sürücülərin və sərnişinlərin maarifləndirilməsi, parklanma qaydalarına nəzarət və texnoloji izləmə sistemləri bu yanaşmanın uğurla tətbiq olunması üçün vacib şərtlərdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
sherg.az

1Mənbələr