AZ

PSJ Donnarummanı satır

PSJ qapıçısı Canluici Donnarumma ilə yollarını ayıra bilər.

Msport.az xəbər verir ki, ölkə çempionu 26 yaşlı qolkiperlə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.

Bu səbəbdən Paris təmsilçisi italiyalını satmağı nəzərdən keçirəcək. Donnarumma ilə “Real”, “Mançester Siti” və “Mançester Yunayted” yaxından maraqlanır.

Qeyd edək ki, qapıçının PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır. 2021-ci ildən komandada çıxış edən futbolçu başa çatan mövsümdə UEFA Çempionlar Liqasının qalibi olub. O, bütün turnirlərdə 40 qarşılaşmada meydanda olub, 12 dəfə qapısını toxunulmaz saxlayıb.

Seçilən
45
1
msport.az

2Mənbələr