Ağdam şəhərinin 5-ci yaşayış massivində, məhəllə O-137 üzrə çoxmənzilli binaların tikintisi ilə bağlı satınalma elan edilib.
Far.Az-in məlumatına görə, layihəni Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi həyata keçirir.
Keçirilən tenderin ehtimal olunan məbləği 9 milyon 643 min manatdır.
Bu layihə Ağdamın yenidənqurma və məskunlaşma planlarının növbəti mərhələsi kimi qiymətləndirilir.