İranın Buşəhr vilayətinin Bəndər Dayyer şəhərindəki “Kaveh” neft-kimya kompleksinin metanol çənində yanğın baş verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Ölən və yaralananlarının sayının artacağı ehtimal olunur.