AZ

İlon Mask Donald Trampdan üzr istəyib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampı tənqid edən amerikalı sahibkar İlonMask bəzi hallarda həddini aşdığını etiraf edib.

Trend xəbərverir ki, İlon Mask bu barədə özünün sosial media hesabındayazıb.

“Ötən həftə Prezident Donald Trampla bağlı bəzi yazılarımdantəəssüflənirəm. Həmin yazılarda həddimi aşmışam”, - deyə sahibkarbildirib.

Xatırladaq ki, ötən həftə “SpaceX” və “Tesla” şirkətlərininqurucusu ABŞ dövlət başçısı ilə bağlı bir sıra postlar dərc edib.Mask onlardan birində Ağ ev rəhbərinin impiçmenti ideyasınıdəstəklədiyini yazıb.

Bu yaxınlaradək ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə(DOGE) rəhbərlik edən İlon Maskla dövlət başçısı Donald Tramparasında fikir ayrılığına Respublikaçılar partiyası tərəfindənhazırlanan büdcə barədə qanun layihəsi səbəb olub. Sahibkarlayihədə çox sayda izafi xərclərin olduğunu və bunun dövlətborcunun daha sürətlə artmasına gətirib çıxaracağını bildirib.

Arasında yaranan gərginlikdən sonra Donald Tramp milyarderlədostluğunun başa çatdığını elan edib.

Seçilən
12
5
az.trend.az

3Mənbələr