AZ

Azərbaycanlı tələbə 170 minlik təqaüd qazandı - Bu ölkədə təhsil alacaq - FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Məmmədli ABŞ-ın nüfuzlu Tulane Universitetinin kimya və biomolekulyar mühəndislik ixtisası üzrə birbaşa doktorantura proqramına qəbul olunub.
 

Bu barədə Sfera.az-a ali məktəbdən məlumat verilib.

 

Gülşən bu proqram çərçivəsində illik 100 min ABŞ dolları (170 min manat) məbləğində təqaüd qazanıb.

 

Bundan başqa, Nyu-York Universitetinin Tandon Mühəndislik Məktəbindən kimya mühəndisliyi, İngiltərənin Lids Universitetindən isə kimya mühəndisliyi ixtisası üzrə magistr proqramlarına qəbul alıb.

 

Gülşən 2020-ci ildə BANM-ə 658 balla daxil olub.
 

“Green Tech” startap və yaşıl texnologiyalar üzrə keçirilən müsabiqədə komandası ilə l yerə layiq görülüb.

 

BANM-də keçirilən Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında II yerə, IV elmi konfransda isə komandası ilə III yerə layiq görülüb.


2023-cü ildə “AQA Şirkətlər Qrupu” tərəfindən elan edilmiş qadınlar üçün təqaüd proqramının qalibi olub.
 


Firuzə Əliyeva
Sfera.az

Seçilən
22
24
sfera.az

10Mənbələr