Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov iyunun 11-də Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Baş nazirlər barelyefin önünə gül dəstələri qoyub, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.