ABŞ administrasiyası sentyabırın 30-da Beynəlxalq İnkişaf Agentliyi (USAID) üzrə bütün xarici nümayəndəliklərin bağlanması qərarını verib.
Sitat.info xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Melumata görə, ABŞ Dövlət katibi Marko Rubio beynəlxalq personalın tamamilə ləğv olunması və xarici yardım proqramlarının idarəçiliyinin birbaşa Dövlət Departamentinə verilməsi barədə göstəriş verib. Bu addım 100-dən çox ölkədə fəaliyyət göstərən yüzlərlə USAID əməkdaşını, o cümlədən diplomatik personalı və yerli işçiləri əhatə edir.
Qeyd olunur ki, ABŞ tərəfindən dayandırılan proqramların əksəriyyətini Avropa İttifaqı (Aİ) üçüncü dünya ölkələrində demokratiyanın təşviqinə yönəldilmiş layihələrlə əvəz etməyi planlaşdırır.
Xatırladaq ki, fevralın 3-də ABŞ USAID-in fəaliyyətini praktik olaraq dayandırıb. Martın 10-da Marko Rubio agentliyin proqramlarının 83 faizinin ləğv olunduğunu açıqlayıb.