TBİLİSİ, 11 iyun. TELEQRAF
Giorgi Cinçaradze Gürcüstanın Abxaziya Muxtar Respublikasının (MR) yeni hökumət sədri seçilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, MR-in Ali Şurası bu gün keçirilən iclasında ona etimad göstərib.
G.Cinçaradze Abxaziya hökumətinin yeni fəaliyyət planını Ali Şuranın deputatlarına təqdim edib.
Yeni hökumət sədri 2024-cü ilin noyabrından Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini olub. O, 2017-2019-cu illərdə Azərbaycan Texniki Universitetində İdarəetmə ixtisası üzrə magistr təhsili alıb, 2016-2020-ci illərdə Gürcüstanın Azərbaycandakı səfirliyinin inzibati məsul işçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, G.Cinçaradze iyunun 2-də Abxaziya MR-in hökumət sədri vəzifəsindən istefa vermiş Levan Mqaloblişvilini əvəzləyib.