AZ

Tanınmış azərbaycanlı aktrisa insult keçirdi - FOTO

Moskvada yaşayan azərbaycanlı aktrisa Larisa Xələfova insult keçirib.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı prodüser Səbuhi Məmmədov şəxsi "Facebook" hesabında paylaşıb.

Onun sözlərinə görə, 75 yaşlı Xələfovanın vəziyyəti hazırda stabildir və müalicə prosesində müsbət dinamika müşahidə olunur. Aktrisanın yaxınlarının sözlərinə görə, o, səhhəti ilə əlaqədar bir müddət sənət fəaliyyətindən uzaq qalacaq.

Hazırda aktrisanın yanında ailə üzvləri və yaxın dostları var. Ona əsasən qızı — Elnarə Vəzirova qayğı göstərir.

Qeyd edək ki, Larisa Xələfova “İstintaq davam edir”, “Təhminə”, “Sən həmişə mənimləsən”, “De ki, məni sevirsən!”, “Kənar adamlar”, “Şir evdən getdi”, “Hədiyyə” və bir sıra digər ekran əsərlərində yaratdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb.


Seçilən
24
2
news24.az

3Mənbələr