“Napoli”nin sabi baş məşqçisi Cennaro Qattuzo İtaliya millisinə rəhbərlik edə bilər.
Msport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis DÇ-2026 üçün İtaliya millisinin baş məşqçisi olmağa hazırdır.
Hazırda o, Luçiano Spallettini əvəz etmək üçün ən yaxşı şansa sahibdir.
Qattuzonun son klubu “Hayduk” olub. O, 5 gün əvvəl komandadan ayrılıb. Mütəxəssis bundan əvvəl “Marsel”, “Valensiya”, “Napoli”, “Milan”, “Palermo” kimi klublarda çalışıb.