Dilarə Kazımova bədənindəki döymələrin sayından peşman olmadığını deyib.
“Döymələrimi elə etmişəm ki, heç birini görmürsünüz. Belə etdim ki, mənə maneə olmasın. Məsələn, biri qolbağının, biri saçlarımın altındadır. Bütün döymələr məna daşıyır. Elə-belə döymə edilməsini başa düşmürəm. Həyatımda çətin məqamları keçəndən sonra ona aid döymə edirəm ki, yadımda qalsın. Çünki insan hər şeyi çox tez unudur. “Maska”da canavar kimi qalib olmuşam və o canavar da üstümdə döymə kimi olacaq. Canavar içimdə var, yarışı qazanmağıma o “alter eqo” kömək etdi”.