AZ

Ticani Reynders: “Qadir olduğumu göstərmək istəyirəm”

“Mançester Siti” 26 yaşlı niderlandlı mərkəz yarımmüdafiəçisi Ticani Reyndersi “Milan”dan tamhüquqlu əsasda “şəhərlilər”in heyətinə qatıb.

Arena.az “Mançester Siti”nin rəsmi saytına istindən məlumat verir ki, Reynders keçidini şərh edib və “şəhərlilər”in 54 yaşlı ispan baş məşqçisi Xosep Qvardiola ilə çalışacağı ilə bağlı intizarını paylaşıb:

“Mən “Mançester Siti”yə keçidimdən vəcdə gəlmişəm. “Mançester Siti” – dünyada ən nəhəng komandalardan biridir ki, əla məşqçiyə, dünya səviyyəli oyunçulara və möhtəşəm infrastruktura malikdir. “Siti” “Pep” Qvardiolanın rəhbərliyi altında o qədər çoxlu qənimət qazanıb ki, mən də ona yaxın illərdə daha artıq uğurlara müvəffəq olmasında kömək etmək istəyirəm. Premyer Liqada çıxış etmək – bu da gerçəkləşmiş arzumdur. Uzun illər ərzində bu liqada ən yaxşı holland oyunçulardan bir çoxu çıxış edib, bu isə onların yolu ilə getməyə ilhamlandırır.

İşimə başlamağın, digər oyunçularla görüşməyin və nəyə qadir olduğumu “Mançester Siti” azarkeşlərinə nümayiş etdirməyin intizarındayam.

Mənim üçün bu, əla fürsətdir. Mən, “Pep”i, onun Lionel Messili “Barselona”nı çalışdırdığı vaxtdan bəri izləyirəm. Onun orada necə oyun aşıladığı və bunu bura köçürməsi, məni “Mançester Siti”də çıxış etməyə həqiqətən sövq etdi.

Əlbəttə, mən bir yarımmüdafiəçi kimi tərəqqi etmək istəyirəm – daha da kamil yarımmüdafiəçi olmaq istəyirəm. Futbol – qənimətlərin qazanılmasıdır, mən isə burada, “Mançester Siti”də mükün olduqca çoxlu mükafat qazanmaq istəyirəm”, deyə Ticani Reynders vurğulayıb.

Xatırladaq ki, Tiicani Reyndersin keçidi “Mançester Siti”yə 55 milyon avro məbləğ müabilndə başa gəlib. Niderlandlı futbolçunu İngiltərə klubu ilə müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ticani Reynders böyük futbolda “Zvolle” ilə debüt edib, ardınca “Alkmar”da və icarə əsasında “Valveyk”də oynayıb. Reynders “Milan”a 2023-cü ilin iyul ayında 20,50 milyon avro məbləğ müqabilində “Alkmar”dan tamhüquqlu müqavilə əsasında keçib.

Reynders cari mövsümdə “Milan” üçün bütün yarışlarda 59 oyuna çıxıb, 15 qol və 5 məhsular ötürmə ilə fərqlənib.

Ticani Reynders 2023-cü ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 23 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Reyndersin qənimətlər muzeyində “Milan”la qazandığı İtaliya Kuboku (2024/2025) var.

“Transfermarkt” internet-portalı 26 yaşlı niderlandlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
68
arena.az

1Mənbələr