AZ

Macarıstan Zelenskini "vurdu" - Ukraynadan cavab gəldi

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy Macarıstan hakimiyyətinin Vladimir Zelenskini tənqid etməsinə qeyri-diplomatik ifadə işlətməklə reaksiya verib.

Publika.az xəbər verir ki, Tixiy bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Macarıstan hökumətinin Ukraynanı və... Zelenskini şeytanlaşdıran kommunikasiya strategiyası relsdən çıxıb", - deyə Tixiy vurğulayıb.

O, həmçinin Macarıstan hakimiyyətinin tənqidi fikirlərini və Zelenskinin sözlərinə reaksiyasını “əsəbi ittihamlar” adlandırıb.

Xatırladaq ki, bundan əvvəl Zelenski Macarıstanın "ValaszOnline" portalına müsahibəsində Macarıstanın baş naziri Viktor Orbanın siyasətini tənqid edərək, onu Ukraynanın daxili işlərinə qarışmaqda və Ukrayna məsələsindən daxili siyasi məqsədlərə nail olmaq üçün istifadə etməkdə ittiham edib. Macarıstanın xarici işlər naziri Peter Siyarto Zelenskinin bəyanatlarını kobud anti-macar təbliğatı adlandırıb.

Seçilən
41
6
publika.az

7Mənbələr