“Milli döyüş təyyarəmiz KAAN ilə bağlı çox önəmli və sevindirici bir xəbəri millətimlə paylaşmaq istəyirə. Dost və qardaş ölkə olan İndoneziya ilə imzaladığımız razılaşma çərçivəsində 48 ədəd KAAN təyyarəsi Türkiyədə istehsal edilərək İndoneziyaya ixrac ediləcək”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında yazıb.
Onun sözlərinə görə, KAAN-ın istehsalı zamanı İndoneziyanın əldə etdiyi yerli imkan və bacarıqlardan da istifadə ediləcək:
“Yerli və milli müdafiə sənayemizin göstərdiyi baacrığı və çatdığı səviyyəni göz önünə gətirən bu razılaşmanın həm Türkiyə, həm də İndoneziya üçün xeyirli olmasını arzu edirəm.
Bu razılaşmanın imzalanmasında ortaya qoyduğu siyasi iradə ilə böyük rol oynayan dəyərli həmkarım, İndoneziya Prezidenti Prabowo Subiantoya salam və təşəkkürlərimi bildirirəm.
Müdafiə Sənayesinin rəhbərliyinə və TUSAŞ (Türkiyə Aviasiya və Kosmos Sənayesi” başda olmaqla KAAN-ın istehsalında və Türkiyə tarixinin bu rekord ixrac müqaviləsinin imzalanmasında əməyi olan bütün qurumlarımızı təbrik edirəm.
Müdafiə sənayemizin daha da güclənməsi üçün indiyə qədər göstərdiyimiz dəstəyi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Bu sahədə çalışan bütün şirkətlərimizin uğurlarının davamını diləyir, müdafiə sənayesində çalışan bütün qardaşlarıma təşəkkür və minnətdarlığımı bildirirəm”.
Millî muharip uçağımız KAAN ile ilgili çok önemli ve güzel bir gelişmeyi milletimle paylaşmak istiyorum…
— Recep Tayyip Erdoğan (@RTErdogan) June 11, 2025
Dost ve kardeş Endonezya ile imzaladığımız anlaşma çerçevesinde 48 adet KAAN, Türkiye’de üretilerek Endonezya’ya ihraç edilecek.… pic.twitter.com/D9wZ33wzgz
Bizim.Media