AZ

İsa Həbibbəyli maaşından sonra reaksiyası ilə təəccübləndirdi...

Xəbər verdiyimiz kimi, 2 gün əvvəl sabiq deputat, alim Etibar Əliyev AMEA prezidenti, akademik İsa Həbibbəylinin aylıq maaşı haqda paylaşım edib.

Paralel.az xəbər verir ki, E.Əliyev Akademiya prezidentinin gəlirləri barədə rəqəmlər qeyd edib.
O bildirib ki, İsa Həbibbəyli Milli Məclisin 3 çağırış deputatı olduğuna görə təxminən 8.000 manat təqaüd, Akademiyanın prezidenti kimi 4080 manat maaş və akademik adına görə 2000 manat əlavə pul alır.

E.Əliyev AMEA-nın sıravi əməkdaşlarının əməkhaqqı orta hesabla 500 manat olduğunu qeyd edib.

Onun paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Paralel.az səsləndirilən fikirlərlə bağlı AMEA prezidentinin münasibətini öyrənməyə çalışıb.

Dəstəyi götürən İsa Həbibbəyli salam verib sualımızı dinlədikdən sonra heç nə demədən telefonu söndürüb. Bir neçə saat sonra növbəti cəhdimizdə yenidən sualı dinləyən akademik, “xanım, mən iclasdayam, danışa bilmirəm” deyərək dəstəyi asıb.

Billurə

Seçilən
28
1
paralel.az

2Mənbələr