Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 302 min manatlıq tenderi ləğv olunub.AzPost xəbər verir ki, bu barədə qərar Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib.
Məlumata görə, tender influenserlərlə əməkdaşlığı nəzərdə tuturdu. Lakin müsabiqədə iştirak üçün zəruri sənədləri təqdim edən və tələblərə cavab verən şirkətlərin sayı üçdən az olub. Bu səbəbdən satınalma proseduru dayandırılıb.
Tenderdə iştirak etmək üçün təklif və təklifin təminat sənədləri təqdim olunmalı, iştirakçılar müvafiq lisenziya və icazəyə malik olmalı idilər. Lakin bu tələbləri yerinə yetirən kifayət qədər təchizatçı olmadığı üçün Agentlik müsabiqəni davam etdirməkdən imtina edib.
Ləğv edilmiş satınalma prosedurunun ümumi məbləği 302 027 manat təşkil edib. Bu vəsaitlə Agentlik sosial şəbəkələrdə təbliğat işləri aparmağı, influenserlər vasitəsilə rəqəmsal layihələrin tanıdılmasını planlaşdırırdı.
Agentliyin 2025-ci ildəki tender fəaliyyəti necə olub?
AzPost -un apardığı araşdırmaya əsasən, 2025-ci ilin əvvəlindən bu günə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ümumilikdə 8 tender proseduru elan edib. Bu tenderlərdən yalnız 5-i uğurla başa çatıb və qalib şirkətlərlə müqavilələr imzalanıb. Digər 3 tender isə ya iştirakçı çatışmazlığı, ya da texniki uyğunluq problemləri səbəbindən ləğv edilib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Uğurla yekunlaşan tenderlərin ümumi məbləği 2,2 milyon manatdan çoxdur. Qalib şirkətlər arasında “Golden Design Group” MMC, “Techno Solutions” MMC, “Baku Cloud Services” MMC və “CyberAZ Technologies” MMC kimi sahədə tanınan adlar yer alır.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2025-ci ildə keçirdiyi tenderlər
№
Tender adı
Məbləğ (AZN)
Status
Qalib şirkət
1
Influencerlərlə əməkdaşlıq
302 027
Ləğv olunub
–
2
Mobil tətbiq platformasının yenilənməsi
185 600
Ləğv olunub
–
3
Təlim platforması üzrə texniki dəstək
96 000
Ləğv olunub
–
4
Rəqəmsal layihələrin brendinqi və dizaynı
488 000
Qalib seçildi
Golden Design Group MMC
5
IT infrastrukturu üçün proqram təminatı
614 500
Qalib seçildi
Techno Solutions MMC
6
Bulud texnologiyası üzrə texniki dəstək
392 000
Qalib seçildi
Baku Cloud Services MMC
7
Kibertəhlükəsizlik sistemi qurulması
755 000
Qalib seçildi
CyberAZ Technologies MMC
8
Rəqəmsal portalın kontent və texniki xidməti
217 673
Qalib seçildi
Netinfo Studio MMC
AzPost.az
Paylaş
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.