AZ

Türkiyəli nazir: Orta dəhliz həm də xalqları yaxınlaşdıran mədəniyyət yoludur

Orta dəhliz sadəcə quru ilə dənizi birləşdirən nəqliyyat yolu yox, həm də xalqları yaxınlaşdıran mədəniyyət yoludur.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 11-də Bakıda “Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” mövzusunda keçirilən tədbirdə danışıb.

O qeyd edib ki, türk xalqlarında ailə tarix boyu cəmiyyətlərin onurğa sütunu olub:

“Orta dəhliz həm də türk dövlətləri arasında ailə əlaqələrinin daha geniş formatda inkişafına töhfə verən bir layihədir”.

Çıxışcı daha sonra rəqəmsal transformasiyadan söz açaraq vurğulayıb ki, Türkiyə rəqəmsallaşmaya yönələn bütün sahələrdə yeniliyi təşviq edir:

“Gələcək nəsilləri rəqəmsallaşma dövrünə tam hazır yetişdirməliyik. Yaşıl və rəqəmsal transformasiya sahəsində Türkiyə olaraq sürətlə irəliləyirik. Hətta biz Brazilyada baş tutacaq COP30 çərçivəsində iqlim hərəkətləri üçün rəqəmsallaşma təşəbbüsünə də başlayırıq. Bu yolda ortaya qoyduğumuz birgə iradə inkişafımıza təkan verən əsas faktordur. Hər addımımız sülh və rifaha töhfə verəcək”.

MƏLUMAT YENİLƏNİR

Seçilən
24
report.az

1Mənbələr