AZ

Yeni nəsil nəzarət-kassa aparatları 5 ayda 10,5 milyard manatlıq dövriyyəni qeydə alıb

Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisində 106 min 520 ədəd belə NKA quraşdırılıb.

Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 499 milyon 316,8 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 1 milyard  manatdan çoxdur.

 

Seçilən
35
8
marja.az

10Mənbələr