AZ

“O, Premyer Liqada bu qədər qol fürsəti tapa bilməyəcək” – Bu transferə qarşı çıxdı

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşin “qırmızı şeytanlar”a mümkün transferi barədə fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, isveçli futbolçunun “Mançester Yunayted” üçün ən yaxşı seçim olduğunu düşünmür:

“Düşünmürəm ki, bu, “Mançester Yunayted” üçün ən yaxşı seçimdir. Onun oyunlarını bir neçə dəfə izləmişəm.

Deyə bilərəm ki, İngiltərə Premyer Liqasında bu qədər qol fürsəti tapa bilməyəcək. Özünə fiziki cəhətdən bərabər bir müdafiəçi ilə qarşılaşsa, nə edəcək?”

27 yaşlı hücumçunun transfer dəyəri 75 milyon avro civarındadır. O, ötən mövsüm 51 oyunda meydana çıxaraq, 53 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
70
17
sportinfo.az

10Mənbələr