AZ

Hindistan sahillərində yük gəmisində partlayış – 4 nəfər axtarılır

Hindistanın Kerala ştatı sahillərində Sinqapur bayraq altında üzən "MV Wan Hai 503" konteyner gəmisində partlayış və yanğın baş verib.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 22 nəfərlik heyətin 18-i xilas edilib, 4 nəfər isə hələ də axtarılır.

Yanğın təhlükəli yüklər səbəbindən hələ də davam edir.

6 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

Rəsmi qurumlar dənizə konteyner yayılması və yanacaq sızması riskinə görə xəbərdarlıq edib. Gəmi operatoru hadisə ilə bağlı araşdırma başladıb.

Seçilən
26
1
far.az

2Mənbələr