Cari ilin mart ayında istifadəyə verilən körpüdə bu problem aradan qaldırmaq üçün yenidən təmir işlərinə başlandığı bildirilib.
Hətta gecə saatlarında körpüdə hərəkətin məhdudlaşdırılması və təmir işlərinin aparılması ilə bağlı görüntülər yayılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
"Saray körpüsünün çökməsi ilə bağlı yayılan məlumatlar doğru deyil. Sözügedən ərazidə körpüdə yox, yanaşma yollarında problem, müəyyən çökmələr var. Yanaşma yolun Saray körpüsü ilə birləşən hissəsində də o problem var idi deyə bir neçə gündür guya Saray körpüsü çökməsi ilə bağlı məlumatlar yayılır.
3Mənbələr
-
demokrat.azYeni istifadəyə verilən Sumqayıt-Saray körpüsündə çökmə baş verib? —RƏSMİ AÇIQLAMA ( 18117805)
-
pravda.azYeni istifadəyə verilən Sumqayıt-Saray körpüsündə çökmə baş verib? - RƏSMİ AÇIQLAMA ( 18115726)
-
oxu.azYeni istifadəyə verilən Sumqayıt Saray körpüsündə təmir işləri aparılır? ( 18115288)