Müğənni Ofeliya Şabanova ərindən üzr istəyib.
News24.az xəbər verir ki, ötən gün ATV telekanalında yayımlanan "Rəngarəng" proqramında gərgin anlar baş verib. Aparıcı Zaur Nəbioğlu verilişdə qonaq olan müğənni Ofeliya Şabanova həyat yoldaşının başqa bir qadınla olan görüntülərini göstərib.
Bunu görən müğənni telefonunu yerə ataraq canlı efiri tərk edib.
Bu gün isə o, yenidən həmin verilişdə qonaq olub və dünənki hadisədən danışıb:
“Mənim yerimdə hansı qadın olsaydı, bir anda özündən çıxa bilərdi. Bu, mənim başıma heç vaxt gəlməyən bir iş idi. Amma çox peşmanam. Mənim bura gəlməyimin əsas səbəbi odur ki, həyat yoldaşımdan – halalımdan üzr istəyirəm. Mən bir az səbrsiz insanam, tez özümdən çıxıram. O reaksiyanı göstərməməli idim. Çünki mən ailə dağıtmaq üçün ailə qurmamışam. Mənə yaraşmaz ki, hansısa görüntülər üzündən ailəmi dağıdım. Mən dünən özümdən çıxdığım üçün elə utanıram. Axı mən Ceyhunu tanıyıram. Biz bir-birimizi çox gözəl tanıyırıq. Və mən həyat yoldaşımdan üzr istəyirəm. Ceyhun, səndən dönə-dönə üzr istəyirəm”./Metbuat.az