II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Hypers Guba” klubunun futbolçusu Hüseyn Novruzov mükafatlandırılıb.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən məlumat verilib.
May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
"Cebheinfo.az"