Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində əvvəllər də məhkum olunmuş Cəfər Dadaşov saxlanılıb.
DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun üzərindən marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirdiyi 80 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
ZÜMRÜD